28 Dekabr 2021
Mətni dəyiş
Bazar ertəsi Belarus hakimiyyəti yeni Konstitusiya layihəsini dərc edib. Prezident olduğu 27 il ərzində Aleksandr Lukaşenko artıq iki dəfə konstitusiyaya dəyişiklik edib.
Prezident 2020-ci il avqustun 9-da keçirilən seçkilərdən sonra baş verən etirazlar fonunda əsas qanunun yenidən dəyişdirilməsinin zəruriliyindən danışmağa başlayıb. Xüsusən də prezident səlahiyyətlərinin bir hissəsinin digər hökumət qurumları və institutların xeyrinə yenidən bölüşdürülməsinə hazırlıq qeyd edilib.
Dəyişikliklərin yeni redaksiyasına əsasən, qismən və tam dəyişikliklər 148 maddədən təxminən 80-nə, eləcə də preambulaya aid edilə bilər. Prezidentlik müddəti iki illə məhdudlaşdırılacaq, lakin 2020-ci il konstitusiya dəyişikliklərinin rus variantında olduğu kimi, hazırkı dövlət başçısı daha 2 dəfə yüksək vəzifəyə seçilə biləcək. Beləliklə, nəzəri cəhətdən Lukaşenko 2035-ci ilə qədər hakimiyyətdə qala bilər. Bundan əlavə, Konstitusiyanın təminatçısının səlahiyyətlərinə xitam verildikdən sonra toxunulmazlığına zəmanət verilir.
İlk dəfə olaraq Konstitusiyada ÜmumBelarus Xalq Məclisi haqda “demokratiyanın ali nümayəndəli orqanı” kimi xatırlatma qeyd edilib. ÜmumBelarus Xalq Məclisinin MSK üzvlərini təyin edəcəyi, həmçinin dövlətə xəyanət və ya digər ağır cinayət halında prezidenti vəzifəsindən azad edə biləcəyi planlaşdırılır.
Vətəndaşlara islahat layihəsinə öz cavablarını onlayn və ya poçt vasitəsilə göndərmək tövsiyə olunur. Əsas qanunun islahat layihəsinin müzakirə mərhələsindən sonra referenduma çıxarılacağı gözlənilir.