15 Dekabr 2021
Mətni dəyiş
Malta Avropa İttifaqında marixuananı şəxsi istifadə üçün leqallaşdıran ilk ölkə olub.
Çərşənbə axşamı ölkə parlamenti 36 deputat lehinə, 27 deputat əleyhinə olmaqla müvafiq qanunu qəbul edib. Yeni qaydalara əsasən, istehlakçı dörd kol yetişdirmək, yeddi qrama qədər marixuana almaq və saxlamaq hüququna malikdir.
Toxumları yalnız xüsusi assosiasiyalardan onun rəsmi qeydiyyatdan keçmiş üzvü olmaqla əldə etmək olar.
İctimai yerlərdə siqaret çəkmək əvvəlki kimi qadağandır. Uşaqların yanında siqaretdən istifadənin cəriməsi 500 avrodur.
Analoji qanun layihəsi Lüksemburqda da nəzərdən keçirilir.