15 Dekabr 2021
Mətni dəyiş
Strasburqda Saxarov mükafatının təqdimetmə mərasimi keçirilib. Bu mükafata 2021-ci ildə Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı layiq görülüb. Siyasətçi Rusiyada məhkum edildiyinə və koloniyada cəza çəkdiyinə görə, mükafatı onun yerinə qızı Daria alıb.
Aleksey Navalnı bu ilin əvvəlində "Noviçok" maddəsi ilə zəhərlənməsinin ardında bir neçə ay müalicə aldığı Almaniyadan qayıdarkən həbs edilib. Məhkəmə onun “İv Roşe” işi üzrə şərti cəzasını real cəza ilə əvəz edib və 2,5 il həbs cəzası verib.
Çərşənbə axşamı Avropa Parlamentinin üzvlərinin iclasında çıxış edən Daria Navalnaya deyib: "Mənim üçün bir övlad kimi Aleksey Navalnının həbsdən dərhal azad olunmasına yardım etməyimiz çox vacibdir. İnanıram ki, sizin köməyinizlə bunu etmək olar".