Omikron səbəbiylə tətil planını ləğv edən Bill Qeyts: “Pandemiya 2022-ci ildə bitə bilər”

Omikron səbəbiylə tətil planını ləğv edən Bill Qeyts: “Pandemiya 2022-ci ildə bitə bilər”
23 Dekabr 2021
Mətni dəyiş
Microsoft və qlobal səhiyyə xidmətlərini təkmilləşdirməyi hədəfləyən Bill & Melinda Qeyts Fondunun təsisçisi Bill Qeyts sosial mediada silsilə paylaşımlar edərək Covid-19 pandemiyası ilə bağlı fikirlərini bölüşüb. Omikron variantının bütün dünyada narahatedici sürətlə yayıldığını və tətil planlarını ləğv etdiyini bildirən Qeyts pandemiyanın ən pis dövrünə daxil olduğunu, lakin düzgün addımlar atılarsa 2022-ci ildə bitəcəyini proqnozlaşdırıb. Qeyts hamını pandemiya ilə mübarizədə gücləndirici peyvənd vurdurmağa çağırıb. Omikronun daha əvvəl heç bir virusda görülməyən sürətlə yayıldığını vurğulayan Qeyts bu variantın nə dərəcə xəstə etdiyini bilmədiyini və bunu öyrənənə qədər vəziyyətin ciddiyə alınmasının vacibliyini vurğulayaraq bu müddət ərzində müdafiəsiz qalanlara diqqət edilməsini məsləhət görüb. O, bunun üçün maskalardan istifadənin, geniş qapalı toplantılardan qaçmanın və ən yaxşı qorunma üçün gücləndirici peyvəndin vurulmasının vacibliyini vurğulayıb. https://twitter.com/BillGates/status/1473333996868149248?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1473333996868149248%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Ftr.euronews.com%2F2021%2F12%2F22%2Fomicron-yuzunden-tatil-plan-n-iptal-eden-bill-gates-pandemi-2022-de-bitebilir Bill Qeytsin müsahibəsində Pfizer və Moderna peyvəndlərinin “işə yaramadığı” haqda sözləri sosial mediada reaksiyaya səbəb olub və sözlərin bütün müsahibədən çıxarıldığı və təhrif edildiyi bildirilib. Bill və Melinda Qeyts Fondu bir müddətdir ki, peyvənd əleyhinə konspirologiya nəzəriyyələrinin diqqət mərkəzində olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun