Ötən il Azərbaycanda hər 100 qıza 114 oğlan uşağı dünyaya gəlib. Bu barədə dekabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova parlamentin iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, balansın bu cür pozulması "təhlükəlidir".
2020-ci ildə 126 571 uşaq dünyaya gəlib, onlardan 67 407-i oğlan, 59 164-ü qızdır.
"Bu saydan 108 857 uşaq nikahdan, 17 714 uşaq nikahdankənar doğulub", –o deyib.