Bazar günü Polşada keçirilən kütləvi aksiyalarda "Media haqqında" yeni qanuna etiraz edilib.
"Azad media, azad insanlar" şüarı ilə aksiyaya çıxan insanlar Polşa prezidenti Ancey Dudadan ABŞ və Avropa Birliyi tərəfindən də qınanan, parlamentdə qəbul olunan yeni "Media haqqında" qanuna veto qoymasını istəyiblər.
Yeni qanun ölkə ərazisində xarici medianın fəaliyyətini məhdudlaşdıracaq.
Belə ki, qanun qəbul olunarsa, Avropa Ittifaqından kənar ölkələr Polşada rəhbərlik etdikləri media orqanlarının hissələrinin 49 faizindən artığına sahib ola bilməyəcəklər.
Bu günlərdə Polşa parlamenti senatın da qəbul etdiyi mübahisəli media qanununu qəbul edib.
Əgər qanun qəbul olunarsa, ölkənin ən böyük xarici mediası "Amerikan Discovery"-nin hissələrinin böyük bir qismi satılmalı olacaq.
Yeni qanun Polşa-Avropa İttifaqı münasibətlərinin də gərginləşməsinə səbəb olub.
Qanun layihəsini təqdim edən hakim partiya deyir ki, onların məqsədi Polşa mediasını Rusiya kimi düşmən tərəflərdən qorumaqdır.