Ermənistan Türkiyəylə dialoqun aparılması üçün təyin etdiyi xüsusi nümayəndənin adı açıqlanıb.
"Novosti Armenia"nın verdiyi məlumata görə, xüsusi nümayəndə Türkiyə parlamentinin vitse-spikeri Ruben Rubinyan olacaq.
Bundan əvvəl Türkiyənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışıqlar üçün xüsusi nümayəndə təyin olunub.
Dekabrın 13-də Mövlud Çavuşoğlu açıqlama verib ki, Türkiyə Ermənistana xüsusi nümayəndə təyin edəcək, məqsəd iki ölkə arasında birbaşa dialoqun təmin edilməsidir.
Bundan sonra Ermənistan Xarici İşlər Nazirliyi də açıqlama yayaraq bildirib ki, rəsmi Yerevan da Türkiyəylə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edəcək.
Ermənistan 1993-cü ildə Azərbaycan torpaqlarını işğal edəndən bəri Türkiyə bu ölkəylə sərhədlərini bağlayıb. 2008-ci ildə iki ölkə münasibətləri normallaşdırmaq üçün danışıqlara başlasalar da, Azərbaycan tərəfinin kəskin reaksiyasından sonra ikitərəfli təmaslar dayandırılmışdı. 44 günlük müharibədən sonra iki ölkə rəsmiləri təmasları artırmaq barədə razılığa gəliblər.