15 Dekabr 2021
Mətni dəyiş
İkinci Qarabağ müharibəsində saxta xəbərləri ilə məşhur olan rusiyalı jurnalist Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
İnsident ötən gecə Kişinyov aeroportunda baş verib.
Moskvaya uçmağa hazırlaşan Peqov saxlanılıb, onun üzərində və əşyaları arasında axtarış aparılıb.
Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən “WarGonzo” layihəsinin yaradıcısıdır.