"Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək 150-si general olmaqla 24 256 hərbçi vəzifəsindən azad edilib”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir: “FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.
2016-cıl ildə Türkiyədə hərbi çevrilişə cəhd olub. Bundan sonra ordu sıralarında xidmət edən bir çox rütbəli ya ordu sıralarından xaric edilib, ya da həbs olunub.