24 Dekabr 2021
Mətni dəyiş
NATO-nun baş katibi Yens Stoltenberq bir sıra beynəlxalq razılaşmaların alyansın heç vaxt genişlənməyəcəyinə söz vermədiyini və müttəfiqlərin də belə vədlər verildiyini inkar etdiyini söyləyib.
Stoltenberq DPA xəbər agentliyinə deyib: “NATO heç vaxt genişlənməyə söz verməyib. Hətta təşkilatımızın təsis müqaviləsində də yazılıb ki, hər bir Avropa ölkəsi alyansa üzv ola bilər. İkincisi, Helsinki Yekun Aktı, Paris Xartiyası, NATO-Rusiya Əsas Qanunu kimi 1970-1990-cı illərə aid bir çox sənədlər var. Bu sənədlər açıq şəkildə göstərir ki, hər bir ölkə öz gələcəyini müəyyən etməkdə azaddır”.
Bunun Rusiyanın da imzalandığı Avropa təhlükəsizliyinin əsas prinsipi olduğunu deyən Stoltenberq əlavə edib: “Bunu bir neçə sözlə dəyişdirə bilmərik. Bundan əlavə, müttəfiqlər bu cür vədləri rədd edirlər. Hətta keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçov demişdi ki, NATO-nun şərqə doğru genişlənməsi Almaniyanın birləşməsindən əvvəl nəzərə alınmayıb”.