22 Dekabr 2021
Mətni dəyiş
Tiflisdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tərəfdarları onun 54 yaşını çoxminlik aksiya ilə qeyd ediblər. Yürüş iştirakçıları siyasətçinin həbsdən azad edilməsini tələb ediblər.
Mitinqin təşkilatçıları – müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri həmçinin kütləvi aclıq aksiyasına başladıqlarını və Saakaşvili azadlığa çıxana qədər bu aksiyanı davam etdirmək niyyətində olduqlarını elan ediblər.
Sabiq prezidentin özü ad gününü uzun müddət yeməkdən imtina etdikdən sonra müalicə üçün həbsxanadan köçürüldüyü Qori hərbi hospitalında qeyd edib. Dekabrın əvvəlində Saakaşvili müstəqil həkimlər tərəfindən müayinə olunub və onlar etiraf ediblər ki, həbsxanada ona əsassız olaraq yüksək dozada farmakoloji işgəncəyə bərabər olan antipsikotiklər təyin edilib.
Saakaşvili xaricdən Gürcüstana bələdiyyə seçkiləri ərəfəsində gəlib və oktyabrın 1-də saxlanılıb. Eks-prezident bir neçə cinayət işi üzə ittiham olunur.