18 Dekabr 2021
Mətni dəyiş
ABŞ-da fəaliyyət göstərən “Axios” mətbu orqanın müxbiri Barak Ravid bu yaxınlarda işıq üzü görəcək kitabı üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampla aprel ayında reallaşdırdığı və bir qismini daha əvvəl paylaşdığı reportajın davamını yayımlayıb.
Sözügedən reportajda Tramp "ABŞ-da yəhudilər artıq İsraili sevmirlər və onlara əhəmiyyət vermirlər. Xristian Evangelistlər İsraili bu ölkədəki yəhudilərdən daha çox sevirlər. İsrail əvvəllər Konqres üzərində mütləq gücə sahib idi, indi isə bunun əksidir" ifadəsini işlədib.
Sputnik-də yer alan xəbərə görə, Tramp New York Times (NYT) qəzetinin naşiri və sədri Artur Qreqq Sulzbergerə işarə edərək deyib: “New York Times İsrailə nifrət edir, New York Times qəzetini idarə edənlər isə yəhudidir. Burada sözhbər Sulzberger ailəsindən gedir. Onun barəsində danışıram”.
Ravid daha əvvəl Trampla müsahibəsinin bəzi qismlərini iki hissə şəklində dərc etmişdi.
Dekabrın 10-da yayımlanan epizodda Tramp Netanyahunun ABŞ prezidenti Co Baydenin seçki qələbəsini ilk təbrik etməsindən məyus olduğunu bildirib və Netanyahunu “sədaqətsizlikdə” günahlandırıb.
O vaxtdan bəri Netanyahu ilə heç danışmadığını vurğulayan Tramp İsrailin sabiq baş naziri haqqında təhqiramiz ifadələr işlədib.
Dekabrın 14-də yayımlanan bölümdə Tramp Netanyahunun heç vaxt fələstinlilərlə sülh istəmədiyini, ona görə də onun irəli sürdüyü Yaxın Şərq Sülh Planının faydasız olduğunu qeyd edib.