ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən prezidentliyə namizəd olmağı düşünür.
İngiltərənin "GB News" qəzetinə müsahibə verən Tramp deyib ki, 2020-ci ilin 3 noyabrında keçirilən seçkilərdə saxtakarlıq edilib və o uduzdurulub.
Tramp konqress basqınına da münasibət bildirərək deyib ki, 6 yanvar aktı sadəcə etiraz mahiyyəti daşıyıb.
"Jurnalistin yenidən namizəd olacaqsınızmı?" sualına Tramp cavab olaraq bildirib ki, ölkəni sevirsənsə, başqa seçimin yoxdur.
6 yanvar hadisələrindən danışan Tramp deyib ki, əgər bir inqilab düşünülürdüsə, bu, 3 noyabrda olardı: "Mən özüm müraciət edib minlərlə polisin təhlükəsizliyin təmin olunmasına cəlb edilməsini istəmişdim. Çünki bilirdim ki, adam çox olacaq, tərəfdarlarım çoxdur", - deyə o, bildirib.
Yanvarın 6-da ABŞ Konqresinin hər iki palatası toplanmış və seçkilərdə səslərin yekun nəticələrini təsdiqləmək istəmişdi, ancaq Konqresin yerləşdiyi Kapitoli təpəsinə hal-hazırki prezident Donal Trampın minlərlə tərəfdarının gəlib Konqress binasını tutmağa çalışması iclası yarımçıq qoyub.
Aqressiv əhval-ruhiyyədə olan etirazçılar Konqress binasına girməyə çalışarkən polis ölkənin qanunverici orqanını evakuasiya etməyə məcbur olub. Verilən məlumatlara görə, Konqressdəki iğtişaşlar nəticəsində 4 nəfər dünyasını dəyişib.
Kapitoli təpəsində etirazı yatırtmaq üçün ABŞ milli qvardiyası ora yeridilmişdi. Konqress üzvləri öz iclaslarına iki saat ara verərək yerli satla 20:00-da yenidən iclasa davam edə bilmişdilər.