13 Dekabr 2021
Mətni dəyiş
Bazar günü Türkiyənin ən böyük həmkarlar ittifaqları ölkədə hiperinflyasiya və türk lirəsinin çökməsi fonunda İstanbulun Asiya tərəfində 5 mindən çox etirazçını küçələrə çıxarıb. Etirazçıların əsas tələbi minimum əmək haqqının artırılmasıdır.
İlin əvvəlindən türk lirəsi dollar qarşısında 43 faiz dəyər itirib. Noyabrda açıqlanan rəsmi məlumatlara görə, Türkiyədə inflyasiya 21 faizdən çox olub, lakin müxalifət hesab edir ki, bu rəqəmlər süni şəkildə aşağı qeyd edilib və iqtisadiyyatın real vəziyyəti daha dramatikdir.
İqtisadi böhranın mümkün səbəbləri arasında hökumətin Mərkəzi Bankın siyasətinə müdaxiləsi göstərilir. Bu, xüsusən də əsas faiz dərəcəsinin aşağı düşməsinə səbəb olub.
2019-cu ilin iyul ayından bəri prezident Rəcəb Tayyib Ərdoğan üç dəfə Mərkəzi Bankın rəhbərini dəyişib. 2021-ci ilin noyabr ayının əvvəlindən Türkiyə iki dəfə yeni maliyyə naziri təyin edib.