Ötən il Yunanıstanda casusluq ittihamı ilə həbs edilən Türkiyənin Rodos Baş Konsulluğunda müqaviləli işləyən yunan vətəndaşı Səbahəttin Bayram və gəmi aşpazı Mehmet Nezametinin məhkəmə işləri başlayır.
Türkiyənin Rodosdakı Baş Konsulluğunda işləyən 36 yaşlı Səbahəttin Bayram və sərnişin gəmisində aşpaz işləyən 53 yaşlı Mehmet Nezametin ötən il dekabrın 11-də Yunanıstana qarşı “casusluq” etməkdə ittiham olunaraq saxlanılıblar.
Saxlanıldıqdan sonra məhkəmə tərəfindən həbsə məhkum edilən türklərin şikayətini apellyasiya məhkəməsi də qəbul etməyəndən sonra onlar həbsxanaya göndəriliblər.Dekabrın 13-ü yenidən hakim qarşısına çıxacaq türklər yunan əsgərlərinin yerlərini və hərəkət istiqamətini ikinci ölkəyə ötürməkdə ittiham olunurlar.
Rodos Prokurorluğu tərəfindən hazırlanan iddianamədə iki şübhəlinin Egey dənizində Yunanıstan və Türkiyə arasında gərginliyin yüksək olduğu 2020-ci ildə bir neçə dəfə görüşdükləri qeyd olunub.
Prokurorluq iddia edib ki, aşpaz Nezametin sərnişin gəmisinin marşrutu üzrə Yunan gəmiləri və hərbi mövqeləri haqqında məlumat toplayıb, Türkiyənin Rodosdakı Baş Konsulluğunun əməkdaşı olan Bayrama çatdırıb.Türkiyə Xarici İşlər Nazirliyi ötən il həbs qərarını pisləyən açıqlama vermişdi.