Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs Rusiyanın rəsmi dövlət kanalı "Rossiya 1"-in əməkdaşı Vladimir Solovyovun ölkəyə girşinin qadağan olunduğunu bildirib.
Bununla bağlı Twitter hesabında açıqlama verən Xarici İşlər naziri Edqars Rinkeviçs deyib ki, Rusiya Federasiyasının vətəndaşı Vladimir Solovyovun Latviyanın "arzuolunmaz şəxslər" siyahısına salınmasına qərar verdim.
O bildirib ki, nasizimin təbliğ edilməsi qəbul oluna bilməz.
Nazirin bu açıqlaması Solovyovun Aleksey Navalnı ilə bağlı verlişində Adolf Hitlerin də adının çəkilməsindən sonra olub.
Solovyov isə Latviya hökumətinin qərarından məhkəməyə şikayət etmək fikrindədir.
“İndi düşünmək lazımdır ki, kimi məhkəməyə verəsən, kiminlə çəkişəsən”, - deyə Solovyov bildirib. Jurnalist onun verilişinin Latviyada yayımlanmadığını da qeyd edib.