Tvitter manipulyasiya siyasətinin tələblərini pozduğu üçün Rusiya, İran və Ermənistandan olan 373 hesabı bağladığını açıqlayıb. Qurum bu hesablar birdəfəlik bloklayıb.
Tvitterin rəsmi bloqundan yayılan açıqlamada qeyd olunub ki, İrandan fəaliyyət göstərən 238 hesabla birlikdə Rusiyadan idarə olunan, NATO-nun etibarını zədələyən, Amerika və Avropa Birliyini hədəf alan 100 hesab da bağlanıb.
Açıqlamada qeyd olunub ki, Azərbaycanı hədəf almaq üçün Ermənistandan açılan 35 hesabı da silinib. Bundan əvvəl də şirkət Rusiyada və müxtəlif ölkələrdə troll şəbəkəsi kimi fəaliyyət göstərən minlərlə hesabı birdəfəlik bağlayıb. Son olaraq isə Amerika seçkilərindən sonra Amerikanın keçmiş prezidenti Donald Trampın və onun minlərlə dəstəkçilərinin hesabları dondurulub. Müxtəlif zamanlarda İranın dini-siyasi rejiminin rəsmilərinin də hesablarını donduran şirkət bütün bunları həm şirkətin siyasətinin, həm də beynəlxalq konvensiyaların pozuntusu ilə əlaqələndirib.