Pakistanda "TikTok"-a giriş yenidən məhdudlaşdırılıb.
Bununla bağlı Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, məhdudlaşdırmanın səbəbi qadağan olunmuş materialların hələ də "Tiktok"-da olması və bu materialların yığışdırılması üçün heç bir iş görülməməsidir.
Beləliklə, Pakistanda 9 oktyabr 2020-ci ildən bu günə qədər "TikTok"-a 4 dəfə qadağa qoyulub.
Pakistan Hindistandan sonra Tiktoku qadağan edən ikinci Asiya ölkəsi olub.