Tanınmış kuturye, 2019-cu ildə 86 yaşında vəfat edən Karl Laqerfeldin evindəki əşyalar satışa çıxarılacaq.
Söhbət Laqerfeldin Fransa və Monakodakı 8 evində olan əşyalardan gedir. Onları Fransanın "Sotheby’s" müzeyi satışa çıxaracaq.
Satılacaq əşyaların içində 40 min avroluq bir heykəl, 200-dən artıq barmağı kəsik əlcəklər, "Choupette"-in xüsusi tərz yemək qabları və digər bir çox məişət əşyaları var.
Dünyada əsasən "Chanel" və "Fendi" markaları ilə tanınan Laqerfeldin əşyalarının satılacağı müzeyin rəhbərinin köməkçisi Piyer Motes bildirib ki, satışın ilk günü Karl Laqerfeldin xatirəsinə sayğı duruşu olacaq.
Karl Laqerfeld Hamburqda bank işçisi Otto Laqerfeldin zəngin ailəsində anadan olub. O, 1952-ci ildə Parisə köçüb. 1974-cü ildə Laqerfeld öz xəttini - "Karl Lagerfeld Impression"u yaradıb. 1983-cü ildən "Chanel" Evinin bədii direktoru olub.