Fransada 2021-ci ildə 113 qadın cinayəti qeydə alınıb ki, bu da hər 3 günə 1 qadının cinayət qurbanı olması deməkdir.
Bu barədə məlumatı qadınlara və uşaqlara qarşı zorakılıqla mübarizə aparan "Hamımız" (NousToutes) dərnəyi yayıb.
Təşkilat qeyd edib ki, qadın cinayətlərinin bir çoxu mətbuata çıxmadığından, bu rəqəmlər real vəziyyətdən daha azdır.
Bununla bərabər, bildirilib ki, 2022-ci ilin ilk 20 günündə 8 qadın cinayəti qeydə alınıb.
Fransada 2019-cu ildə 146, 2020-ci ildə isə 202 qadın cinayəti qeydə alınıb.
2021-ci ilin əvvəlində Fransanın Daxili İşlər Nazirliyi mətbuata açıqlama verərək bildirib ki, bunun qarşısını almaq üçün addımlar atılır. Qeyd olunub ki, artıq hər polis mərkəzində qadın cinayətləri sahəsində ixtisaslaşmış bir polis əməkdaşı olacaq.