3 Yanvar 2022
Mətni dəyiş
Hindistanda 2021-ci ildə nəsli kəsilməkdə olan pələnglərdən 126-sı ölüb. Pələnglərin təbii səbəblərlə yanaşı ovçular tərəfindən öldürüldüyü bildirilib.
Hindistanın Milli Pələng Qoruma Təşkilatının (NTCA) verdiyi açıqlamada, bu il 126 pələngin öldüyü, bu rəqəmin 10 il əvvəl məlumatların toplanmağa başlamasından bəri ən yüksək göstərici olduğu əlavə edilib. Sonuncu pələng ölümünün dekabrın 29-da Madya Pradeş əyalətində görüldüyü bildirilən açıqlamada pələnglərin ölümünün ən böyük səbəbinin "təbii səbəblər" olduğu qeyd edilib.
“Sputnik”in “Channel News Asia”ya istinadən verdiyi xəbərə görə, pələnglərin çoxunun ovçuların və "insan-heyvan qarşıdurmasının" qurbanı olduğu bildirilib.
Hindistanda dünya pələnglərinin təxminən 75 faizi yaşayır.