1 Yanvar 2022
Mətni dəyiş
Yanvarın 1-dən Polşa Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən təhvil alıb.
Polşa bu gündən etibarən 1 il müddətinə bu beynəlxalq təşkilatda koordinator funksiyasını yerinə yetirəcək.
Polşanın Baş naziri Mateuş Moravietskinin sözlərinə görə, ölkəsi hər hansı təhdidlər qeydə alınarsa, Aİ və NATO-dakı tərəfdaşlara müvafiq siqnallar göndərməklə, dünyanın bu hissəsində sülh və təhlükəsizliyin qeydinə qalmaq üçün hər şeyi edəcək.
Polşanın ATƏT-ə sədrliyinin tam proqramı yanvar ayında Vyana şəhərində təqdim olunacaq.