Amerika Birləşmiş Ştatlarının İraqın paytaxtındakı səfirliyi raket atəşinə tutulub.
Bu barədə səfirliyin özündən məlumat verilib. Bildirilib ki, bu hücumlar təkcə diplomatik korpusu yox, həm də İraqın müstəqilliyini hədəf alan hücumlardır.
Məlumata görə ölkədə yaşıl zonada yerləşən və Hava Hücumundan Müdafiə sistemləri tərəfindən qorunan səfirliyə atılan raketləri ABŞ-ın HHM sistemi olan C-RAM zərərsizləşdirə bilib.
Bildirilib ki, raket Bağdadın cənubundakı El-Dore bölgəsindən atılıb.
Raket hücumu nəticəsində ölən və yaralanan olmayıb. ABŞ-a aid səfirlik binası və ətrafındakı obyektlər zərər görməyiblər.
Hələlik ABŞ-ın mərkəzi hökuməti hücumlarla bağlı heç bir reaksiya verməyib.