19 Yanvar 2022
Mətni dəyiş
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Gəzi aksiyaları zamanı həbs olunan tələbə Elif Kayanın həbsxanada çılpaq axtarışa müqavimət göstərdiyinə görə intizam cəzası almasının Avropa İnsan Haqları Konvensiyasının (AİHM) 8-ci maddəsinə zidd olduğunu müəyyən edib. Bu qərara əsasən Türkiyə 12500 avro cərimələnib.
Kayaya verilən intizam cəzasının onun ailəsinə baş çəkmək hüququna “müdaxilə təşkil etdiyi”nə qərar verən AİHM qanunla nəzərdə tutulan müdaxilənin hüquqi məqsədinin “penitensiar müəssisələrdə ictimai təhlükəsizliyi və nizam-intizamı təmin etmək” olduğunu bildirib.
AİHM-ə görə, Elif Kayaya verilən intizam cəzasını qüvvədə saxlayan Konstitusiya Məhkəməsi “intizam tədbirinin mütənasib olub-olmadığını” və ya müdaxilənin məqsədini və belə bir sanksiyanın Kayanın həbsdə olduğu müddətdə şəxsi həyatına təsirini “incəlməyib”.
Buna görə də, Avropa Məhkəməsi ərizəçinin Konvensiyanın 8-ci maddəsi ilə təmin edilmiş “şəxsi və ailə həyatına hörmət” hüququnun pozulduğu qənaətinə gəlib.
Nə baş vermişdi?
24 oktyabr 2017-ci ildə çılpaq axtarışa müqavimət göstərdiyi üçün ona verilən cəzanı AİHM-ə daşıyan Elif Kaya 2013-cü il iyunun 23-də Gəzi hadisələri zamanı terror təşkilatına üzv olmaq iddiası ilə həbs edilib.
Həbsxanaya daxil olarkən çılpaq axtarışa müqavimət göstərən Kayaya həbsxana müdriyyəti tərəfindən intizam cəzası kəsilib və 1 ay müddətinə ziyarətə qadağa qoyulub.
Bu qərara etiraz edən Kayanın iddiası 2013-cü ildə məhkəmə tərəfindən rədd edilib, Konstitusiya Məhkəməsi isə 2017-ci ildə Kayanın ərizəsini "kamera görüntüsünün olmaması" əsası ilə rədd edib.
Elif Kaya məruz qaldığı vəziyyətin Avropa İnsan Haqları Konvensiyasının “işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar qadağasına” zidd olduğunu bildirərək AİHM-ə müraciət edib.