6 Yanvar 2022
Mətni dəyiş
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib.
Bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.
Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.
“Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb”, - məlumatda qeyd olunub.
*****
Almatı meriyası qarşısındakı meydanın iğtişaşçılardan təmizlənməsi ilə bağlı əməliyyat görüntüləri yayılıb.
Əraziyə cəlb olunan hərbçilərin sayının 300-ə yaxın olduğu bildirilir. Hərbi yük maşınları ilə meydana gələn hərbçiləri həmçinin zirehli transportyorlar müşayiət edib. Hərbçilər havaya atəş açmaqla meydandakı etirazçıları dağıtmağa başlayıb.
[embed]https://www.youtube.com/watch?v=mV2389HPOG8[/embed]
*****
Bu arada, Almatıda inzibati binaların yerləşdiyi rayonlarda əməliyyat davam edir.
Bununla bağlı yerli əhaliyə xəbərdarlıq edilib.
Sakinlərə göndərilən sms-xəbərdarlıqlarda təhlükəsizlik məqsədilə evlərindən çıxmamalarına çağırış edilib.