28 Yanvar 2022
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBI-nin vəziyyəti ilə bağlı narahatlığını bildirib.
Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnamədə (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.
Cənubi Qafqaz ölkələri "cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir".
"Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi", həmçinin "Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları"nı alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini "LGTBİ nümayəndələrinin hüquqlarını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə" çağırıblar.
Xüsusən, gey-paradlara icazə vermək və "iştirakçıları istənilən zorakılıqdan qoruyaraq", paradların təhlükəsiz keçirilməsini təmin etmək təklif olunur.
Qəbul edilən qətnamə belçikalı deputat Kristof Lakruanın hesabatına əsaslanır. O, KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBTİ birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul etməyə çağırır.
Qətnamədə həmçinin transgenderlərin sənədlərdə adlarını və cinslərini dəyişdirməsinə imkan verən prosedurlar tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, insan hüquqlarının, o cümlədən LGBTİ hüquqlarının müdafiəsi sahəsində işləyən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı möhkəmləndirmək, onların müstəqilliyinə zəmanət vermək və onlarla işləyən insanların təhlükəsizliyini təmin etmək tövsiyə olunur.
Ekspertlər hesab edir ki, Azərbaycanda həm kişilər, həm də qadınlar arasında eyni cinsli münasibətlər leqal olsa da, reallıqda eynicinsli ailələr hetreseksual ailələrin malik olduqları hüquqi müdafiəyə malik deyil.
Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) məlumatına görə Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında LGBTİ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkərdəndir. Belə ki, Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşıb
Bununla yanaşı, Azərbaycan 2000-ci ildə isə Sovet dövründən qalma homoseksual əlaqələrə görə cinayət məsuliyyətini aradan qaldırb. Hazırda ölkədə LGBTİ hüquqlarını müdafiə edən bir neçə qeyri-hökumnət təşkilatı fəaliyyət göstərir. LGBTİ icması toplaşaraq problemlərini hökimətin və cəmiyyətin diqqətinə çatdıra bilir. LGBTİ icması sosial şəbəkələrdə də faldır.