Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha 6 ay uzatdığını açıqlayıb.
Bu barədə məlumatı İttifaq yayıb. Bildirilib ki, Avropa İttifaqı Rusiyanın bəzi iqtisadi sektorlarını hədəf alan məhdudlaşdırıcı tədbirlərin 31 iyul 2022-ci ilə qədər (6 ay) uzadılması barədə qərar qəbul edib: "İttifaqın qərarı Minsk razılaşmalarının icra vəziyyətinin son qiymətləndirməsindən sonra verilib", - deyə açıqlamada qeyd olunub.İlk dəfə 2014-cü il iyulun 31-də Rusiyanın Ukraynadakı işğalına cavab olaraq tətbiq edilən sanksiyalar bəzi Rusiya banklarının və şirkətlərinin Aİ-nin kredit təşkilatlarına və digər maliyyə insitutlarına çıxışını məhdudlaşdırır.
Sanksiyalar həmçinin müdafiə sənayesi ilə bağlı bütün materialların birbaşa və ya dolayı yolla idxalını, ixracını və ya ötürülməsini qadağan edir. Bundan əlavə, sanksiyalar Rusiyanın enerji sektorunda istifadə olunan müxtəlif texnologiyalara da çatımlılığı azaldır.