Azərbaycanda vətənpərvərliyin qanuniləşdirilməsi istiqamətində hazırlıqlar gedir.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Məlumata görə, Milli Məclisin yaz sessiyasında “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanacaq. Bu, parlamentin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyası üçün işlər planına daxil edilib.
Sabah - yanvarın 18-də komitənin yaz sessiyasında ilk iclas keçiriləcək.
Bundan əvvəl də Azərbaycan prezidenti İlham Əliyev və digər hökumət nümayəndələri Azərbaycanda gənclərin vətəpərvər ruhda inkişaf etidirilməsinə dair fikirlər səsləndiriblər.
Ancaq bu fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Ictimaiət nümayəndələri düşünürlər ki, prezidentin bu yöndə təbliğatı yanlışdır və bu istiqamətdə təbliğat hökumətin siyasi maraqlarına xidmət edir.
İkinci Qarabağ müharibəsində bu mövzu ətrafında məsələlər bir neçə dəfə gündəmə gəlib.