4 Yanvar 2022
Mətni dəyiş
“Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.
Birliyin rəhbəri əlavə edib ki, qeyd olunan müddət ərzində sonradan ödənişli sayğacdan (mexaniki sayğaclar) istifadə edən 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefonla çəkərək müəssisənin təşkil etdiyi (077) 310-41-04 “WhatsApp” nömrəyə göndəriblər.
“Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz”ın əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə Birliyə dəstəyini fəal olaraq göstərməkdədirlər. Məhz bu dəstəyin müqabilində bu saata olan sıfırlanma ilə bağlı 65 %-lik nəticə bizi çox sevindirir”, - R. Əliyev bildirib.