Bakıdan Şuşaya təşkil edilən avtobus reyslərinin sayı 2 dəfə artırılıb, bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Bu barərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.Bildirilib ki, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı – Şuşa – Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı – Şuşa – Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək.
Eyni zamanda, ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.