8 Yanvar 2022
Mətni dəyiş
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken bildirib ki, Qazaxıstan hakimiyyətinin ölkədəki etirazları adekvat şəkildə cilovlaya bilməsinə baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvlərindən sülhməramlı qüvvələrin göndərilməsini xahiş etməsini başa düşə bilmirlər. “Məncə, ən yaxın tarixdən götürüləcək bir dərs var, o da budur ki, ruslar evinizə girdikdən sonra, onları oradan çıxarmaq çox çətin olur”, Blinken əlavə edib.
Blinken Rusiyanın Ukrayna sərhədinə hərbi qüvvə toplamasına veriləcək reaksiyanın müzakirə olunduğu NATO Xarici İşlər Nazirliyi toplantısından sonra nazirlikdə jurnalistlərin suallarını cavablandırıb.
Qazaxıstanla bağlı sualı cavablandıran Blinken ABŞ-ın Qazaxıstanın konstitusion qurumlarına tam dəstəyini bir daha təkrarlayıb və ölkədə fövqəladə vəziyyətin tətbiqindən narahatlığını bildirib.
Blinken dinc etirazlara hörmətin vacibliyini vurğulayıb və ABŞ-ın ölkədə etirazçılar tərəfindən törədilən zorakılığı pislədiyini əlavə edib.
KTMT üzvlərinin Qazaxıstana sülhməramlılar göndərməsi ilə bağlı suala Blinken belə cavab verib:
"Bizim bu sorğunun məzmunu ilə bağlı suallarımız var. Bu, nə üçün yaranıb? Biz bu barədə daha çox öyrənməyə çalışırıq. Məncə, Qazaxıstan hakimiyyəti və hökuməti, şübhəsiz ki, asayişi qoruyarkən etirazçıların haqlarına hörmət edəcək şəkildə bu etirazların öhdəsindən gəlmək imkanlarına malikdir".
"Ona görə də onların niyə hər hansı xarici yardıma ehtiyacı olduğu aydın deyil. Biz bu barədə daha çox öyrənməyə çalışırıq. Təbii ki, biz sülhməramlıları və hüquq-mühafizə orqanlarını sülh yolu ilə həlli dəstəkləmək üçün beynəlxalq insan hüquqları standartlarına əməl etməyə çağırırıq və yenə də hökumət ümid edirik ki, hökumət iqtisadi və siyasi məsələləri tez bir zamanda həll edə bilər, çünki etirazların səbəbi də məhz budur”.
Blinken Rusiyanın Qazaxıstana sülhməramlılar göndərmə mövzusunda liderlik etməsinə gəlincə, “Məncə, yaxın tarixdən öyrənilə biləcək bir dərs odur ki, ruslar sizin evinizə daxil olduqdan sonra onları oradan qovmaq çox çətindir” deyib.