6 Yanvar 2022
Mətni dəyiş
Apple-ın iOS və Google-un Android mağazalarında mövcud olan proqram pilot layihə olaraq 12 şəhər və rayonda istifadəyə verilib. Bu barədə Sputnik “Caixin”-ə istinadən məlumat yayıb.
Rəqəmsal Valyuta/Elektron Ödəmə (DC/EP) adlı sistemin pilot tətbiqinə daxil olan şəxslər və təşkilatlar proqramı öz cihazlarına yükləyərək elektron pul kisəsi kimi istifadə edə biləcəklər.
İstifadəçilərdən rəqəmsal pul kisələri yaradarkən Çin Bankı, Sənaye və Kommersiya Bankı, Çin Kənd Təsərrüfatı Bankı, Çin İnşaat Bankı, Rabitə Bankı, Çin Poçt Əmanət Bankı, çox tərəfdaşlı China Merchants Bank və ya onlayn bank xidmətləri WeBank (Tencent) ) və Mybank (Ant Grup) kimi ictimai bankları vasitəçi olaraq seçmələri xahiş edilib.
Tətbiqin sınaq versiyası Şanxay, Xinjin, Qingdu, Çanşa, Sucou, Xian, Qingdao, Dailan, Hainan əyaləti, Hibey əyalətindəki Xiaongan Nyu Distrikt, Qış Olimpiya Oyunlarının keçiriləcəyi Pekin və Canjiakou şəhərləri də daxil olmaqla 12 şəhər və rayonda istifadəyə verilib.