Çində 2021-ci ildə də doğumlarda kəskin azalma olub.
Bu barədə Çinin Milli Statistika Ofisi məlumat yayıb. Məlumata görə, 2021-ci ildə doğum hallarınının faizi 7,52 faiz olub ki, bu da 1949-ci ildən bu günə qədər görülən ən aşağı rəqəmlərdir.
Yəni, 2021-ci ildə yeni doğum halları əvvəlki illə müqayisədə 2 milyon azalıb. 2021-ci dilə Çində 10 milyon 621 min körpə dünyaya göz açıb. Bu rəqəm 2020-ci ildə 12 milyon olub.
Çin hökuməti əhalinin demoqrafik göstəricisinin yüksək olmasına görə uzun illərdir tətbiq olunan 2-ci uşaq qadağasını 2016-ci ildə ləğv edib, 2-ci uşağın da doğulmasına razılıq vermişdi. Daha sonra, 2021-ci ildə 3-cü uşağa da icazə verilib.
Bununla bərabər olaraq, 3 uşaq sahibi olan ailələrə maliyyə yardımları, güzəştlər nəzərdə tutulub.
Ancaq bu da azalan doğum hallarını artırmayıb. Mütəxəssislər hesab edirlər ki, doğum hallarının azalmasına səbəb iqtisadi çətinliklərdir.