Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi növbəti reydi ilə bağlı məlumat yayıb.
İdarənin baş inspektoru Araz Əsgərli bildirib ki, yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.
Bundan əlavə, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib. İnspektor bildirib ki, polisin bu istiqamətdə fəaliyyəti davam edəcək.
Ancaq "35-ə yaxın" fikrindən konkret olaraq neçə “parkovşik”in nəzərdə tutulduğu aydın deyil.
Son günlərdə sosial şəbəkələrdə özünü “parkovşik” kimi təqdim edən şəxslərin maşın sahiblərindən pul tələb etməsinə dair görüntülər yayılıb. Uzun müddətdir müzakirə olunan mövzunun yenidən gündəmə gəlməsi problemin hələ də qalmaqda olduğunu göstərib.
Ancaq özünü “parkovşik”ləri kimin və hansı dövlət qurumun himayə etdiyi məlum deyil.