Ermənistan hökuməti 2020-ci il dekabrın sonunda ölkəyə gətirilən türk mallarının idxalına qoyulan qadağanı 2022-ci il yanvarın 1-dən uzatmamaq qərarına gəlib.
Bu barədə cümə axşamı Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gözlənilir ki, Türkiyə mallarının idxalına qoyulan qadağanın qarşılıqlı əsasda götürülməsi Ermənistan mallarının ixracı üçün daha əlverişli şərait yaradacaq”, - məlumatda deyilir.
Nazirlik hesab edir ki, embarqonun mənfi təsiri Ermənistanda əhəmiyyətli inflyasiya səbəb olub və bir çox istehlak mallarının qiymətinin qalxıb.
Türkiyə mallarının idxalına qadağa Türkiyənin Qarabağ münaqişəsində iştirakı ilə əsaslandırılırdı.