18 Yanvar 2022
Mətni dəyiş
Gürcüstan hökuməti əhalinin bir hissəsinin elektrik enerjisi haqqını yenidən subsidiya edəcək.
24News.ge xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında qeyd edib.
Baş nazirin sözlərinə görə, subsidiya proqramı yanvar ayından başlayacaq və il boyu davam edəcək: “Yeni qərarımıza əsasən, əhalinin böyük bir hissəsi, təxmini 1 milyona yaxın ailənin elektrik enerjisi tariflərini subsidiya edəcəyik. Bu isə 150 min və daha az sosial balı olan vətəndaşlara aiddir. Bildiyiniz kimi, pandemiya başlayandan bizdə bu proqram var idi və iki il davam etdi, yanvar ayında isə proqram dayandırıldı. İndi isə bu proqramı davam etdirmək qərarına gəldik. Əhalinin ən çox ehtiyacı olan hissəsinə elektrik enerjisinin artırılmış haqqı subsidiya olunacaq. O, yanvar ayından bütün il boyu qüvvədə olacaq”, - deyə Qaribaşvili bildirib.
Gürcüstan hökumətinin qərarı ilə ayda 300 kilovatt/saatadək elektrik enerjisi istehlak edən sakinlər üçün, artırılmış tarif arasında fərq tam subsidiya ediləcək yəni dövlət ödəyəcək, 300 kilovatdan artıq olarsa qiymət artımını vətəndaş özü ödəməli olacaq.