'Artikl 54' İctimai Birliyinin 'İcma Akademiyası' layihəsi icma quruculuğu təlimlərinə başlayır.
Təşkilatın məlumatına görə, təlimlər Bakı, Şəki, Gəncə, Lənkaran şəhərlərində keçiriləcək.
Açıqlamada deyilir ki, təlimlərin məqsədi Bakı və bölgələrdə icma lider və təşkilatçılarının formalaşdırılması və icma təşəbbüs qruplarının yaranmasında dəstək verməkdir.
"İlk təlim Bakı şəhərində keçiriləcək və bu təlimdə ölkənin rayon və kəndlərində fəaliyyətdə maraqlı olan şəxslər iştirak edəcəkdir. Təlimə dəvət olunan şəxslər gənclərdir".
'Artikl 54' İctimai Birliyi ötən ilin fevral ayında təsis olunub və təşkilatın məqsədi vətəndaş iştirakçılığının artırılması, yerli səviyyədə qərar qəbuletmə prosesində vətəndaşların rolunun gücləndirilməsidir.