8 Yanvar 2022
Mətni dəyiş
İspaniyada ev heyvanları yalnız insanın sahib olduğu bir şey deyil, canlı və ağıllı varlıqlar kimi tanındığı qanun qüvvəyə minib.
CNN xəbər verir ki, artıq boşanma prosesi zamanı hakim ev heyvanlarının maraqlarını nəzərə almalı və sahiblərindən hansı ilə daha yaxşı olacağını müəyyən etməli olacaq.
“Heyvanlar ailənin bir hissəsidir və cütlük ayrılmaq qərarına gəldikdə, heyvanın taleyinə digər ailə üzvlərinin taleyi kimi ciddi diqqət yetirilməlidir”, - deyə hüquqşünas Lola Qarsiya bildirib.
Onun sözlərinə görə, bu təcrübə tərk edilmiş və ya pis rəftar edilən ev heyvanlarının sayını azaltmağa kömək edəcək.
Hüquq müdafiəçisi əlavə edib ki, maliyyə qabiliyyətini sübut edə bilən və ya uşaqları himayəsinə verilən tərəfdaşın ev heyvanını himayəsinə götürmə şansı daha çoxdur.
Qeyd olunur ki, 2021-ci ilin oktyabrında Madrid məhkəməsi artıq bu məsələ ilə bağlı qərar verib. Həmin vaxt hakim nikahsız cütlüyün mübahisəsinə baxaraq, ev heyvanına görə kişi və qadının eyni məsuliyyət daşıdığı və ay ərzində ona növbə ilə baxması barədə qərar çıxarıb.
Oxşar yanaşma digər Avropa ölkələrində, o cümlədən Fransa, Almaniya və Portuqaliyada da tətbiq edilir.