İsveçrə ordusunun şəxsi heyətinə "WhatsApp", "Telegram" və "Signal" kimi mesajlaşma proqramlarından istifadə etmək qadağan olunub.
Bu barədə məlumatı hərbçilərə ordu rəhbərliyi verib.
Bildirilib ki, bu qərar informasiya təhlükəsizliyi üçün verilib və tövsiyə olunur ki, hər kəs İsveçrə istehsalı "Threema" proqramından istifadə etsin.
2018-ci ildə ABŞ-da qəbul edilən "CLOUD" qanunu çərçivəsində orduya "WhatsApp", "Facebook" və "Instagram" kimi tətbiqlərdən ancaq xüsusi ehtiyac yarandıqda istifadə etməyə icazə verilir.
İsveçrə istehsalı olan, istifadə üçün orduya tövsiyə olunan 3.85 avroluq "Threema" proqramının bütün xərclərini ordu rəhbərliyi qarşılayacaq.
10 milyon istifadəçisi olan proqramın istehsalçıları bildirirlər ki, proqramda bütün mesajlar anındaca şifrələnir.
İsveçrədə hərbi xidmət kişilər üçün zəruridir.