Qazaxıstanda hökumət istefaya göndərilib.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, prezident Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib.Artıq iki gündür ki, kütləvi aksiyaların dayanmadığı Qazaxıstanda Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
Qazaxıstanın Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilib.
Bundan əvvəl açıqlama verən Qazaxıstan prezidenti demişdi ki, belə aksiyalarla hökuməti dəyişmək mümkün deyil. Ancaq açıqlamadan bir neçə saat sonra hökumət buraxılıb.Hazırda Ə. Smailov baş nazirin birinci müavini vəzifəsini tutur. Əvvəlki hökumət ötən ilin yanvarında Milli Məclisə - respublika parlamentinin aşağı palatasına seçkilərdən sonra təsdiq edilib.
O zaman, Əsgər Mamin yenidən Nazirlər Kabinetinin rəhbəri təyin edilmişdi. O, bu vəzifəni 2019-cu ilin fevral ayından tuturdu.