Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan ordusunun hərbçisi, əsgər Məmmədli Cavidan Abduləziz oğlunun Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmasına dair məlumatlar yayılıb.
Ancaq Azərbaycan Müdafiə Nazirliyi onun şəhid olması ilə bağlı xəbərləri təsdiqləməyib.
Nazirlik məsələ ilə bağlı yaydığı məlumatda qeyd edib ki, əsgər silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub.
"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik", - deyə qeyd olunub.
Bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ordusunda qeyri-döyüş şəraitində həlak olan hərbçilərin sayı əvvəlki illərlə müqayisədə artıb.