15 Yanvar 2022
Mətni dəyiş
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi Rusiyanın Ukraynaya hücum etmək üçün "bəhanə axtardığını" iddia edib.
Sputnik-in xəbərinə görə, Pentaqonun sözçüsü Con Kirbi ötən günkü mətbuat konfransında Ukrayna böhranına toxunub.
“Həddindən artıq təfərrüata varmadan, Rusiyanın hazırda Ukraynaya potensial hücum və işğal üçün bəhanə yaratmaq məqsədilə fəal şəkildə çalışdığını göstərən məlumatlar var”, - Kirbi açıqlamasında bildirib.
"Əslində onların saxta bayraq əməliyyatı keçirmək üçün bir qrup casusa tapşırıq verdikləri barədə məlumatımız var. İşğala bəhanə olaraq, bu, Ukraynada onlara və ya rusca danışanlara qarşı hücum kimi göstəriləcək bir əməliyyat olacaq”, sözçü iddia edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukrayna administrasiyasının ordunun yarısını Donbas bölgəsinə göndərdiyini açıqlamışdı.
Digər tərəfdən, Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında bildirib ki, Rusiya hökumətinin işğala hazırlığından narahatdırlar. “Bunu əvvəllər də görmüşük. Bu, bizi 2014-cü ilə aparır. Ukraynaya qarşı bu ölkənin şərqindəki Rusiya qüvvələrinə hücum hazırlamaqda ittiham etmək üçün sabotaj cəhdləri edilir və Rusiyanın hərbi əməliyyatdan bir neçə həftə əvvəl belə bir tədbirə başlamaq üçün hərbi planları var. Bu hadisə yanvarın ortalarından fevralın ortalarına qədər başlaya bilər", Cen Psaki əlavə edib.
Psaki Rusiyanın "işğal üçün bəhanələr yarada biləcəyini" də iddia edib.