6 Yanvar 2022
Mətni dəyiş
Belarusla yaşanan miqrant böhranı səbəbindən Polşa sərhəd bölgəsində divar hörəcək.
Polşa mətbuatında yer alan xəbərlərə görə, Polşa Daxili İşlər Nazirliyi və Sərhəd Mühafizəsi Polşa-Belarus sərhədində divarın tikintisinə dair müqavilə imzalayıb. Polşa Sərhəd Mühafizəsinin briqada generalı Violetta Qorşkovska tikintisi iyunda başa çatacaq divarın zəruri və təcili investisiya olduğunu deyib.
Qorşkovska Polşa sərhədinin gücləndirilməsi ilə yanaşı, logistika baxımından da strateji bir sərmayə olacağını söylədiyi divarın Belarus sərhədinin 186 kilometrlik hissəsində tikiləcəyini bildirib.
Divarın 5,5 metr hündürlüyündə olacağı, tikintisində 50 ton poladdan istifadə ediləcəyi, məftil hörmə ilə dəstəklənəcəyi, ən son texnologiya elektron və kamera sistemləri ilə təchiz ediləcəyi, həmçinin 22 qapının olacağı açıqlanıb.
Polşa-Belarus sərhədində tikiləcək divarın dəyərinin təxminən 130 milyon dollara çatacağı qeyd edilib.