Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov insan haqları mükafatı alıb.
Ona bu mükafatı Çeçenistanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Nurdi Nukhaziyev təqdim edib.
Paytaxt Qroznıda keçirilən tədbirdə ombudsman bildirib ki, 45 yaşlı Kadırov insan haqlarına hər zaman hörnətlə yanaşıb və o,0 həm də insan haqları müdafiəçisidir.
Nukhaziyev qeyd edib ki, bu mükafat Kadırova həm də çeçen xalqının hüquqlarını cəsarətlə qoruduğu üçün verilib.
Ancaq bu hadisə qısa müddətdən sonra sosial şəbəkələrin ironiyasına səbəb olub. İnsanlar bildiriliblər ki, Kadırov insan haqları düşmənidir. O, Çeçenistanda onu tənqid edənləri oğurlatdırıb təzyiqlər göstərir, xaricdə olan tənqidçilərinin Çeçenistandakı yaxınlarını təqibə məruz qoyur.
Eyni zamanda, Çeçenistanda olan LGBT+ üzvlərinə qarşı da amansız davranış sərgiləyir. Belə ki, ardıcıl olaraq onların qaçırılmasına, işgəncələrə məruz qoyulmasına və məhkəməsiz cəzaya məhkum edilməsinə tapışırıq verir.