Bu günlərdə İrana olan 251 milyon dollarlıq neft borcunu çayla ödəmək barədə razılıq əldə edən Şri-Lanka Çinə olan borclarlarının restrukturizasiyası (Müqavilədə göstərilən ödənilmə şərtlərinin dəyişdirilməsi) üçün rəsmi Pekindən dəstək istəyib.
Şri-Lnka hökuməti bu barədə müraciəti Çin xarici işlər naziri Van İ-nin bu ölkəyə səfəri zamanı ona təqdim edib.
Müraciətdə qeyd olunub ki, koronavirus (Covid-19) epidemiyası səbəbindən ölkədə ciddi iqtisadi böhran yaşanır və əgər Çin şərtləri dəyişsə, borcun ödənilməsi Şri-Lanka üçün daha rahat olacaq.
Çin hələlik müraciətə açıq cavab verməsə də, Şri-Lankadan koronavirus qapanmalarını çinli vətəndaşlar üçün yumuşaltmağı istəyib. Bildirilib ki, ada ölkəsinə turistik ziyarətə gələn çinlilər bu qapanmalara görə çox çətinlik çəkirlər.
Çin son 10 ildə Şri-Lankaya infrastruktur layihələri üçün 5 milyard dollar kredit verib. Bu il ərzində Şri-Lanka Çinə 4,5 milyard dollar borc ödəməlidir.
Bu günlərdə əldə olunan başqa müqaviləyə görə, Şri-Lanka 251 milyon dollarlıq neft borcunu ödəmək üçün hər ay İrana 5 milyon dollar dəyərində Seylon çayı göndərəcək.