Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, indiyədək 4083 müraciət qəbul olunub.
Onlardan 929 nəfərin müraciəti kreditin rəsmiləşdirilməsi üçün müvəkkil banka göndərilib. Müraciətlərin nəticəsi olaraq, 23 dekabr 2021-ci il tarixində 16 tələbə ilə kredit müqaviləsi bağlanıb və təhsil haqqı təhsil müəssisəsinə köçürülüb.
"25 noyabr 2021-ci il tarixindən cari tarixədək vətəndaşlar tərəfindən yaranmış suallara aydınlıq gətirilməsi üçün Çağrı Mərkəzinə 3137, "WhatsApp messenger" üzərindən 2160, e-ttkf.edu.az dəstək bölməsinə 1767, portal.edu.az vasitəsilə Təhsil Nazirliyinə və nazirliyə məktub vasitəsilə (DMS) 115 olmaqla, ümumilikdə 7179 sorğu daxil olub", - nazirlikdən bildirilib.
Müraciətlərin qəbulu davam edir.