11 Yanvar 2022
Mətni dəyiş
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev milli parlamentin deputatları qarşısında çıxışı zamanı ölkə əhalisinin mühüm problemlərinin həlli üçün ictimai sosial fondun yaradılması barədə göstəriş verib.
O, eyni zamanda oliqarxlardan fonda əhəmiyyətli və müntəzəm köçürmələr tələb edib.
Onun sözlərinə görə, zənginləşən insanlar, o cümlədən respublikanın əvvəlki prezidenti Nursultan Nazarbayevin sayəsində varlananlar öz vəsaitlərini xalqla bölüşməlidirlər.
“Bundan əlavə, mən faktiki olaraq külli miqdarda vəsaitə malik olan, kölgədə qalan şəxslərdən fəal iştirak gözləyirəm. Əminəm ki, fond cəmiyyətin konsolidasiyası, vətəndaşlarda sosial ədalət hissinin gücləndirilməsi üçün daha bir alətə çevrilə bilər”, - deyə prezident əlavə edib.