Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün hər iki ölkədən də təyin olunan xüsusi elçilərin ilk görüşü 14 yanvarda Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Bu barədə Turkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ötən ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında bildirmişdi ki, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün hər iki ölkə qarşılıqlı olaraq elçi təyin edəcək.
Açıqlamadan qısa bir müddət sonra isə Ermənistan tərəfdən Vahan Hunanyan, Türkiyə tərəfdən isə Serdar Kılıç xüsusi elçi olaraq təyin ediliblər.
Yanvarın 1-dən başlayaraq Ermənistanda Türkiyə mallarına qoyulan sanksiya qüvvədən düşüb. Türkiyə mallarının idxalına qadağa ötən il oktyabrın 20-də - 44 günlük müharibə zamanı tətbiq edilib.
Eyni zamanda, Ermənistan-Türkiyə arasında çarter reysləri bərpa edilib.