Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında baş tutan görüşlərin elə bu iki ölkədən birində keçirilməsi təklif edilir.
Bu barədə Türkiyənin "Cümhuriyyet" qəzeti iqtidardakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, diplomatlar başqa ölkəyə gərək duymurlar: "Ermənistanla danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələri müəyyən edəcək. Biz danışıqların Türkiyə və Ermənistanda baş tutmasını istəyirik. Onların üçüncü ölkədə keçirilməsinə ehtiyac yoxdur”, - mənbə bildirib.
Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş Rusiyanın paytaxtı Moskvada baş tutub.
Danışıqlarda görüşlərin davam etdirilməsi barədə qərar qəbul olunub.