Türkiyə və Ermənistan fevralın 2-dən etibarən hava əlaqələrini bərpa edəcəklər. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. Məlumata görə, Ermənistan və Türkiyə hökuməti Türkiyənin "Pegasus Airlines" şirkətinin İstanbuldan Yerevana həftədə üç reys yerinə yetirməsinə icazə verib. Ermənistanın "FlyOne Armenia" daşıyıcı şirkəti də həftədə üç dəfə Yerevandan İstanbula uçacaq. Uçuşlar Sabiha Gökçen hava limanında həyata keçiriləcək.
Aviasiya əlaqəsi Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası üzrə qarşılıqlı addımlar çərçivəsində bərpa edilir.